пятница, 11 ноября 2011 г.

МИНА


Qohum funksiyalar:
Sintaksis:
    МИНА(значение1;значение2;...)
Nəticə:
     Qiymətləri mətnlər və məntiqi dəişənlər də ola bilən verilənlər çoxluğunda ən kiçik qiyməti hesablayır.
Arqumentlər:
 значение1, значение2, ...:minimal qiymətləri axtarılan 1-dən 255-ə qədər arqumentlər.
Qeydlər:
  •      arqumentlər ədədlər, boş xanalar, məntiqi qiymətlər və ədədlərin mətn təsviri ola bilər. Əgər mətn və məntiqi qiymətlər nəzərə alınmalı deyildirsə, onda МИН funksiyasından istifadə edirlər.
  •           əgər arqument olaraq massiv və ya istinad götürülürsə, onda yalnız massivin və ya istinadın qiymətləri nəzərə alınır, massiv və ya istinadda boş oyuqlar və mətnlər nəzərə alınmır;
  •      ИСТИНА qiyməti 1 kimi, ЛОЖЬ qiyməti isə 0 kimi interpretasiya olunur;
  •      əgər funksiyanın arqumentlərinin qiymətləri yoxdursa, onda МИНА funksiyası 0 qiymətini qaytarır.
Riyazi-statistik interpretasiya:
     МИН funksiyasının təsvirinə bax.
 
Misal
Bir kiçik müəssisənin işçiləri arasında cari ilin birinci kvartalı üzrə sosial vəziyyəti öyrənmək məqsədilə sorğu aparılmışdır. Sorğuda orta əmək haqqında olan suala 14 nəfər respondentin verdiyi cavablar aşağıdakı cədvəldə verilmişdir. Verilənlər arasında ЛОЖЬ kimi məntiqi dəyişən də vardır.


1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
Kvartal üzrə
orta əmək haqqı
(min manat)
1,52
4,25
1,58
2,73
5,11
ЛОЖЬ 
4,1
3,72
3,15
4
2,95
4,17


Kvartal üzrə orta əmək haqqının ən kiçik qiymətini hesablamalı.


Həlli

Məsələni МИНА funksiyası vasitəsilə həll edək.

1.    İlkin verilənlər cədvəlini tərtib edək:



2.    Nəticənin yazılacağı xananı seçək ($A$3).

3. Мастер функций dialoq pəncərəsinin Статистические kateqoriyasından МИНА funksiyasını seçək. Bu zaman МИНА funksiyasının dialoq pəncərəsi əmələ gələcək.

4. Число1 sahəsinə daxil olaraq ilkin verilənlər diapazonunu (B2:O2) mausla seçək. OK düyməsini basdıqdan sonra $A$3 xanasında hesablamanın nəticəsi olan 0 qiyməti əmələ gələcəkdir, çünki ЛОЖЬ məntiqi dəyişənin qiyməti 0 kimi qəbul olunur.